XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

21 Sentyabr 2017 - 13:57

“Azərbaycanla Aİ arasında sazişin imzalanması bu il mümkün olmayacaq” –Nazir müavini

"Hazırda Avropa İttifaqı ilə yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir".

Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. 

O bildirib ki, sənədin ilk növbədə keyfiyyəti çox vacibdir: "Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu bir hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur. Sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı öz əksini tapıb. Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu düzgün olmaz".