XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2017 - 14:09

Rus general ABŞ ordusunu və kürdləri hədələdi:"Bir də atəş açsalar, dərhal cavab veriləcək"

Suriya ordusu 2 dəfə ABŞ ordusunun və Suriya Demokratik Qüvvələrinin nəzarətində olan mövqelərdən atəşə məruz qalıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov informasiya verib.

“Suriya demokratik qüvvələri ilə ABŞ xüsusi təyinatlılarının nəzarətində olan Fəratın şərq sahillərində yerləşən ərazilərdən Suriya ordusu 2 dəfə reaktiv artilleriya vasitələri və minaatanlardan ciddi atəşə tutulub”, – Konaşenkov bildirib.

Müdafiə Nazirliyinin rəsmisi eyni zamanda Suriya ordusu ilə birlikdə Rusiya xüsusi təyinatlı dəstələrinin də bölgədə təşkil edilən əməliyyatlarda iştirak etdiyini və bu barədə qarşı tərəfə xəbərdarlıq edildiyini bildirib.

General bu tip atəşlərə bir daha cəhd ediləcəyi təqdirdə, dərhal bütün vasitələrdən istifadə edərək cavab zərbəsi endiriləcəyini açıqlayıb/Axar.az.