XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2017 - 11:43

Bərzani Bağdada heyət göndərir: “Geri çəkilmək söhbəti ola bilməz” –Ankaradan sərt hədə

İraq Kürd Muxtariyyətinin ideri Məsud Bərzani dünyanın aparıcı ölkələrinin çağrışlarına baxmayaraq, sentyabrın 25-də müstəqillik referendumunun keçiriləcəyini bəyan edib.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, Bərzani İraq hökuməti ilə dialoqa hazır oduqlarını bildirib və əlavə edib ki, sentyabrın 23-də danışıqlar aparmaq üçün Bağdada nümayəndə heyəti göndəriləcək:

"Ancaq bütün hallarda referendumdan geri çəkilmək söhbəti ola bilməz. Seçki keçiriləcək".

Xatırladaq ki, dünən İraq, İran və Türkiyə XİN rəhbərləri ortaq bəyanat yayaraq, seçkinin bölgədə ağır fəsadlara yol açacağını vurğulayıblar. Oxşar bəyanat ötən gecə Ərdoğan və Trampın birgə görüşündə də səsləndirilib. Bundan başqa, BMT, Avropa Birliyi və digər ölkələr də referendumun bölgədə vəziyyəti gərginləşdirəcəyini vurğulayaraq, seçkinin ləğv edilməsini vacib sayıblar.

Dünən Türkiyə prezidenti Ərdoğan isə Bərzani və müxtariyyəti açıq dillə hədələyib: "Dəqiq addımlarımız olacaq. Bunu yaxında görəcəklər. Bərzani daha əvvəlki münasibəti görməyəcək".

Bəzi dairələr isə rəsmi Ankaranın İraq Kürd Muxtariyyətinin "can damarı" hesab olunan Türkiyə-İraq sərhədindəki Habur keçid məntəqəsini də bağlayacağını deyirlər. 

Xatırladaq ki, bu keçiddən hər gün müxtariyyətə yüzlərlə yük maşınları keçir, müxtariyyətin demək olar ki, bütün ərzaq və digər tələbatı bu keçid vasitəsi ilə təmin edilir. Əgər Türkiyə bu keçidi bağlayarsa, Bərzani hökumətinin ciddi iqtisadi və digər sıxıntılarla üz-üzə qalacağı sirr deyil.

Onu da qeyd edək ki, bu gün Ərdoğanın liderliyi ilə Türkiyə Milli Təhlükəsizik Şurası toplanacaq və Bərzanin seçki israrını müzakirə edib, bütün ehtimalları özündə birləşdirəcək "yol xəritəsi"ni bəyan edəcək.