XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2017 - 18:34

Tramp Kim Çen Ina “dəli” dedi və hədələdi:“Onu heç zaman qarşılaşmadığı sınaqlar gözləyir”

ABŞ prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inı dəli adlandırıb.

Bu barədə D. Tramp özünün “Twitter” səhifəsində yazıb.

“Şimali Koreyanın Kim Çen Inı aydındır ki, dəlidir. O, öz xalqının aclığına və ölümünə sakit yanaşır. Onu heç zaman qarşılaşmadığı sınaqlar gözləyir”,– deyə ABŞ prezidenti yazıb.

 Qeyd edək ki, BMT Baş Assambleyasında çıxışı zamanı Donald Tramp KXDR-in ABŞ və onun müttəfiqlərinə təhdid törətməkdə davam edəcəyi təqdirdə, bu ölkəni tamamilə məhv etməyə hazır olduqlarını bildirib. Cavabında isə Kim Çen In ABŞ-a qarşı tarixdə ən böyük cavab tədbirləri görəcəyini bəyan edib/APA.