XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2017 - 16:58

Kataloniyada böhran böyüyür:Barselona Universiteti tutuldu

İspaniyanın muxtar bölgəsi olan Kataloniyanın paytaxtı Barselonada minlərlə adam 01 oktyabr 2017-ci ildə keçirilməsi planlaşdırılan müstəqillik referendumuna dəstək üçün küçələrə axışıb.

Strateq.az CNN-ə istinadən xəbər verir ki, gecəni küçələrdə keçirən aksiyaçılardan bir qrupu, xüsusən də tələbələr müxtəlif şüarlar altında və əllərindəki xarici valyutalarla birlikdə Barselona Universitetini tutublar. Onlar referendumun keçiriləcəyi 01 oktyabr tarixinə qədər binanı tərk etməyəcəklərini elan ediblər.

İspaniya hökuməti isə küçələrində gərginliyin artdığı Katalonyaya əlavə təhlükəsizlik qüvvələri göndərmək haqqında qərar qəbul edib.