XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 14:03

“Konqresmenlər bu layihəyə səs verməyəcək” – Əli Həsənovdan ABŞ-la bağlı layihəyə reaksiya

“Biz Kristofer Smitin qanun layihəsini bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk”.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə deyib.

Ə.Həsənov qeyd edib ki, K.Smitin anti-Azərbaycan təşəbbüslərinin sayı-hesabı yoxdur:

“Düşünürük ki, ABŞ-ın maraqlarını, Azərbaycanla münasibətlərinin, tərəfdaşlığının əhəmiyyətini dəyərləndirən konqresmenlər bu layihəyə səs verməyəcək. O təşəbbüs K.Smitin təşəbbüsü olaraq da qalacaq”.

Ə.Həsənov deyib ki, Azərbaycan tərəfindən təqdim olunan layihəyə də bizim münasibətimiz ABŞ-dakı bir konqresmenin təşəbbüsü kimidir:

“Yəni hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma parlamentlərin bunu qəbul etməsi ümumi müzakirələrdən sonra olmalıdır və deputatlar bu təşəbbüslərin iki dövlətə verə biləcəyi xeyri, vura biləcəyi ziyanı dəyərləndirməlidirlər. Bundan sonra münasibət bildirməlidirlər. Ona görə də istər ABŞ-dakı anti-Azərbaycan aksiyasına, istər Azərbaycandakı anti-Amerika layihəsinə bizim hakimiyyətin münasibəti eynidir”.

Trend