İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası Bağdadın xahişi ilə müvəqqəti olaraq İraqın kürd muxtariyyəti ilə hava nəqliyyatını dayandırıb.
Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir. Ərbildə sentyabrın 25-nə müstəqillik haqqında referendum planlaşdırılır. Qeyd edək ki, Bağdad qətiyyətlə bu referenduma qarşı çıxış edir, həmçinin İran daxil olmaqla, dünyanın bir çox ölkəsi də bu mövqeyi bölüşür.