İraq Kürd Muxtariyyətinin lideri Bərzani az əvvəl referendumla bağlı son qərarlarını açıqlayıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzani müstəqilliklə bağlı sabah keçirəcəkləri referendumu təxirə salmayacaqlarını bir daha bəyan edib: "İraq hazırda demokratik dövlət deyil, məzhəbçi bir dövlətdir. Rəsmi Bağdadın rəhbərliyi ilə danışmaq istədik. Onlar bizim qonşumuz, qardaşımızdır. Onlarla dartışmamız məntiqli deyil. Yeni formul tapmağa çalışdıq. Ancaq referenduma gedirik, gedəcəyik".
Bərzani deyib ki, ancaq müstəqillik qazanmaqla təhlükəsizliklərini təmin edə bilərlər: "Referendumdan sonra Bağdadla görüşəcəyik. Bağdadla bundan sonra ortaqlığı deyil, qonşuluğu müzakirə edəcəyik".
Qeyd edək ki, referenduma İŞİD-lə mübarizədə müxtariyyətə və Bərzaniyə ciddi dəstək verən ABŞ da qarşı çıxıb.
Bundan başqa İraq, İran, Türkiyə bu seçkinin dərhal ləğv edilməsini tələb edərək, bir sıra addımlar atıblar. BMT, Avropa Birliyi, Rusiya, Fransa, İngiltərər, Almaniya və digər ölkələr də Bərzaniyə referendumu ləğv etməsi üçün çağırışlar ediblər. Ancaq görünən odur ki, bunların faydası olmayıb.
Bərzaninin müstəqillik çabasını dəstəkləyən yeganə dövlət isə İsraildir.
İran isə bu gün Bərzaninin nəzarət etdiyi əraziəri bombalamağa başlayıb.