XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2017 - 21:16

Almaniyada parlament seçkisi –Merkel qalib gəldi

Almaniyada sentyabrın 24-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı qalib gəlir. Angela Merkelin rəhbərlik etdiyi alyans 32,5% səs toplayıb.

İkinci yerdə Sosial Demokrat Partiyası (20%), ücüncü yerdə isə Almaniya üçün Alternativ Partiyası qərarlaşıb (13,5%).

Beləliklə, böyük ehtimalla Angela Merkel kansler postunu qoruyub saxlayacaq.