İraq kürd muxtariyyətinin Baş naziri Türkiyədə

İraqın şimalındakı kürd muxtariyyətinin Baş naziri Neçirvan Bərzani bu gün Türkiyəyə səfər edəcək.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bərzaninin ofisindən bildirilib. “Baş nazir Neçirvan Bərzani bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə görüşəcək”, – deyə yazılı açıqlamada qeyd edilib.
Görüşlərdə Türkiyə və İraqın kürd bölgəsi arasındakı münasibətlər, terrorla mübarizə və regional məsələlər müzakirə ediləcək.