XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2015 - 09:43

Türkiyə Krım tatarlarına kömək edir?

Türkiyə Krım tatarlarına kömək edir?

Krımın mühasirəsinin təşkilatçılarından biri olan Lenur İslamov Odessada media mərkəzinə müsahibəsində bildirib ki, Türkiyənin Müdafiə Nazirliyi Krım tatarlarından ibarət könüllülərə – “Noman çələbicihan” adına batalyona dəstək verməyə başlayıb. Bir müddətdən sonra bu informasiya internet resurslarında görünməz olub, ancaq Google-nin keşində intervünün yeri görünür. 

L.İslamovun sözlərinə görə, batalyonun əsas maliyyələşdirilməsi hələlik könüllülərdən gəlir, Ankara isə hərbi hissələrin təchizatı ilə məşğuldur, yaxın vaxtlarda geyim və ayaqqabı dəstlərinin göndərilməsi nəzərdə tutulur.
 
“çox kömək etdilər. Bax, bu günlərdə artıq hərbi mundirlər gələcək. Türkiyə hökuməti başa düşür ki, Ukrayna hələlik reaksiya verə bilmir. Artıq şübhə yoxdur ki, Krım geri qaytarılacaq”, – deyə İslamov bildirib. 
 
O, həmçinin qeyd edib ki, Krımın mühasirəsi işində 350-yə yaxın aktivist iştirak edir. 
 
Onu da qeyd edək ki, Rusiya mətbuatı Türkiyəyə qarşı informasiya müharibəsi aparır. Ona görə də krımlı aktivistin bu müsahibəsi, eləcə də onda səslənən fikirlər sadəcə həmin “müharibə”nin bir “döyüş”ü də ola bilər.
 
Minval.az