XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2017 - 14:00

Kürdlərin referendumu bitməmiş, böhran başladı –Sərhədlərin bağlanması əhalini təşvişə salıb

İraq Kürdüstanı Regional Administrasiyasında (İKRA) referendum bitməmiş, artıq indidən böhran başlayıb.

Strateq.az İranın "Tasnim" agentliyinə istinadən bildirir ki, regionu xaosun bürüyəcəyi və sərhəd qapılarının bağlanması xəbərlərindən təşvişə düşən insanlar kütləvi şəkildə marketlərə və alış-veriş mərkəzlərinə axın etməyə başlayıblar. 

Kartas News” ve “Eba” kimi xəbər mənbələri, İKRA-ya bağlı əhəmiyyətli vilayətlərdən sayılan Süleymaniyyədə, dünən axşam saatlarından etibarən, ərzaq məhsulları və gündəlik tələbat malları almağa çalışan bölgə sakinlərinin kütləvi şəkildə marketlərə axın etdiklərini və yanacaq stansiyalarına gedən küçələrdə də avtomobillərin çox uzun növbələrinin yarandığını bildiriblər.

O da vurğulanır ki, Kürdüstan bölgəsindəki bir çox yanacaq stansiyalarında artıq benzin bitib.

Həmçinin Peşmərgə güclərinin Nineva vilayətinə bağlı olan Şeyhan rayonunda ərəbləri zorla referendumda səsverməyə məcbur etdikləri və nəticədə, ərəblərlə kürdlər arasında qarşıdurmanın yarandığı bildirilir.