XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2017 - 18:35

Ziya Məmmədovun adı dövlət komissiyasının tərkibindən çıxarıldı –SƏRƏNCAM

Prezident İlham Əliyevin sərəncamı ilə   Azərbaycan ilə Bolqarıstan  arasında əməkdaşlıq üzrə Müştərək Komissiyanın  tərkibində dəyşiklik edilib.

Sərəncama əsasən  sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı siyahıdan çıxarılıb.  Onun əvəzinə kənd təsərrüfatı naziri  Heydər Əsədovun adı daxil edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki,  bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Bolqarıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.