Donald Tramp "Air Force One"ın – bir nömrəli prezident təyyarəsinin necə olacağı ilə bağlı müzakirələri seçiləndən cəmi bir neçə gün sonra gündəmə gətirdi. O, özünün "Twitter" hesabında yazdı ki, prezident təyyarəsi üçün nəzərdə tutulan xərcləri azaltmaq istəyir. Trampın istəyi həcmcə böyük, qiymətcə daha ucuz bir təyyarə idi. ABŞ-ın yeni prezidenti hesab edirdi ki, xərcləri azaltmaqla amerikalı vergi ödəyicilərinin pullarına qənaət etmiş olacaq.
"Boeing" rəhbərliyi bir müddət əvvəl bəyan etdi ki, yeni dizyanlı prezident təyyarəsi üçün müaqavilə bağlayıblar və xərcləri azaltmaq üçün əllərindən gələni edəcəklər.
İlk "Air Force Once" təyyarəsi qırmızı-qızılı rəngdə idi və prezident Duayt Eyzenhauer üçün hazırlanmışdı. Sonradan prezident Con Kennedi rəngləri ağ-göyə dəyişmişdi ki, bu rəng seçimi bugünə qədər qorunub saxlanılmaqdadır.
ABŞ-da prezident təyyarələri üçün park Merilend ştatındakı hərbi bazanın anqarında yerləşir. Buradakı təyyarələr şifrəli sistemə, nüvə partlayışından yaranan elektromaqnit dağlaları önləmək xüsusiyyətinə sahibdi.
Ən məşhur və ən nəhəng prezident təyyarəsi Boeing 747-200B-nin əsasında hazırlanıb. Bu yay Tramp həmin təyyarədə Parisə uçmuşdu. Təyyarənin bir neçə fərqli kabini var. Kabinlərin birində xalçalar, Ağ Evin sahibinin stolu və fırlanan kresloları da var.
Digər təyyarə – Boeing 757 bir qədər balacadır. Və "Baby Air Force One" adlanır. Lakin xüsusiyyətləri o biri ilə eynidir.
Trampın təyyarəsi ilə Barak Obamanın uçduğu təyyarə arasında bəzi fərqlər var. Onlardan biri də Obamanın dövründə televizorda CNN, Trampın dövründə isə FOX TV-nin yayımlanmasıdır.
Trampın daha bir istəyi əl dəsmalları ilə bağlıdır. O, dəsmalların həddən artıq yumşaq olmasından şikayətlənib. Yəqin ki, onun istəyinə uyğun olaraq dəsmalları dəyişəcəklər. Ən böyük dəyişiklik isə təhlükəsizliklə bağlı olacaq. Hazırda ABŞ Hərbi Hava Qüvvələri məhz bunun üzərində işləyirlər.
Prezident seçiləndən bir neçə həftə sonra Tramp "Twitter"də prezident təyyarəsi ilə bağlı daha bir fikir paylaşdı. O bildirdi ki, "Boeing" yeni prezident təyyarəsi üçün 4 milyard dollar istəyir. Ona görə də sifariş ləğv olunur.
Həmin vaxtdan ABŞ Hərbi Hava Qüvvələri və "Boeing" rəhbərliyi qənaət etdikləri təəssüratı yaradırlar.
Deyilənə görə, yeni prezident təyyarəsinin qanadları əvvəlkindən 9 metr daha böyük olacaq. Və bu özəlliyin Trampın olduqca xoşuna gələcəyi ehtimal edilir.
Strateq.az