XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2017 - 09:32

Rəsmi Bağdad:"Bərzani ilə referendumun nəticələrini müzakirə etməyəcəyik"

Rəsmi Bağdad İraq Kürdüstan regional rəhbərliyi ilə müstəqillik referendumunun nəticələrini müzakirə etməyəcək.

"Reuters"in verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

“Biz qeyri-legitim referendumun nəticələri ilə bağlı hər hansı dialoq və ya müzakirəyə lüzum görmürük”, – deyə baş nazir bildirib. 

Onun sözlərinə görə, səsvermə prosesi zamanı saxtakarlığa yol verilib, seçicilərə təzyiq göstərilib.

Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Referendumda 3 305 925 seçici iştirak edib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Referendumun ilkin nəticələri  bu gün axşam saatlarında açıqlanacaq/APA.