XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2017 - 09:39

Poroşenko Rusiyanı beynəlxalq məhkəmə ilə hədələdi:"Rusiya sülhməramlı missiyada iştirak edə bilməz"

"Rusiya Ukraynanın cənub-şərqində sülhməramlı missiyada iştirak edə bilməz".

Bunu Ukrayna prezidenti Petro Poroşenko Kanadanın CBC telekanalına müsahibəsində bəyan edib.

“Bu, mümkün deyil. Çünki Rusiya birbaşa münaqişə tərəfidir”, deyə P.Poroşenko bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva sülhməramlıları yalnız ATƏT müşahidəçilərinin mühafizəçisi qismində görür: 

“Əgər Rusiya BMT Təhlükəsizlik Şurasının qərarına veto qoysa, Ukrayna Beynəlxalq Məhkəməyə müraciət edəcək”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ATƏT müşahidəçilərinin təhlükəsizliyini təmin etmək üçün  BMTsülhməramlılarının Ukraynada yerləşdirilməsini dəstəkləyib. Bununla belə rəsmi Moskva beynəlxalq qüvvələrin yalnız qoşunların təmas xəttində yerləşdirilməsini zəruri sayır/APA.