İraq Kürdüstanında keçirilən referendumda iştirak edənlərin 93%-i müstəqilliyə “hə” cavabı verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səslərin 10%-i (282 min nəfər) sayıldıqdan sonra bu məlumat açıqlanıb.
Səs verənlərin 6,71%-i isə müstəqilliyin əleyhinə çıxıb. Ümumilikdə, referendumda 3,3 milyon insan səs verib.