Filippin liderinin Manilada yerləşən iqamətgahının yaxınlığında atışma baş verib.
Məlumatı dövlət başçısının mətbuat xidməti təsdiqləyib.
Hadisə zamanı prezident Rodriqo Duterte iqamətgahda olmayıb. Olay Dutertenin mühafizəçilərinin olduğu Malakand parkında baş verib. Mühafizəçilərdən biri öldürülüb.
Qeyd edək ki, R. Duterte ötən ilin may ayında prezident seçilib. Həmin andan etibarən Filippində narkotik alveri ilə məşğul olan 7, 7 min adam ölüb. Onlardan 2500-ü polis əməkdaşları tərəfindən öldürülüb/APA