XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2017 - 11:54

“Akif Əlinin cəzalandırılmasına mən baxmıram” –Baş nazirin müavini

“Akif Əlinin cəzalandırılmasına mən baxmıram. Bir də təkrar edirəm, ağlıma batmır ki, Akif belə bir söz danışsın”.

Bunu baş nazirin müavini Abid Şərifov deyib.

“Onun cəzalandırılması mənlik deyil, mən belə işlərlə məşğul olmuram”, – deyə baş nazirin müavini qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ABŞ-da vəfat edən azərbaycanlı alim Lütfi Zadə haqda xoşagəlməz ifadə işlədib.

Bundan sonra mətbuatda onun cəzalandırılacağı ilə bağlı məlumatlar yayılıb/APA.