XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 20:40

İran Ərbillə sərhədə raket sistemləri yerləşdirdi –Generaldan kürdlərə xəbərdarlıq

İran ötən gün müstəqillik referendumu keçirilmiş İraqın kürd muxtariyyəti ilə həmsərhəd qərb sərhədlərində əlavə raket sistemləri yerləşdirərək mühafizəni gücləndirib.

"Hətəm əl Ənbiyə” aviabazasının komandanı general Əlirza Əlhami bildirib ki, əlavə zenit-raket sistemlərinin yerləşdirilməsi İrana qarşı istənilən “təcavüz aktı”na qətiyyətli cavab verməyi təmin edəcək.

Qeyd edək ki, hazırda ölkənin qərb sərhədləri yaxınlığında hərbi təlimlər keçirilir.

İran Bağdadın xahişi ilə kürd muxtariyyəti ilə hava əlaqəsini dayandırıb və qərb sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirir/APA.