XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 20:59

Rəsmi Bağdad Bərzaniyə 3 gün vaxt qoydu:"Sərhədləri və hava limanlarını təhvil ver, əks halda..."

İraq mərkəzi hökuməti hər keçən gün Kürd Muxtariyyətinə qarşı təzyiqləri artırır.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün İraqın baş naziri Heydər əl-İbadi Bərzaniyə rəsmi xəbərdarlıq edib. 

Baş nazir Bərzanidən 3 gün ərzində bütün sərhəd məntəqələri və hava limanlarının nəzarətini mərkəzi hökumətə təhvil verməyi tələb edib: "Əks halda, hava məkanını bağlayıb, Ərbilə bütün beynəlxalq uçuşlara dayandıracağıq. Nazirlər Kabinetində digər istiqamətlərdə də qərarlar qəbul etmişik. Bizim və dünyanın tələbini dinəməyən muxtar vilayətin rəhbərlərinə qarşı tədbirlərimiz davamlı olacaq".

Baş nazir Iraqın ərazi bütövlüyü və suverenliyi ilə bağlı heç vaxt güzəştə getməyəcəklərini bəyan edib..

Qeyd edək ki, İraqın xahişi ilə İran müxtariyyətlə hava və quru yolunu bağlayıb. Rəsmi Bağdad paralel olaraq Türkiyə ilə birlikdə hərbi təlim də keçirir.

Strateq.az