XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 22:49

Bərzani İraqın baş nazirinə çağırış etdi:"Qapıları  bağlamayın"

İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İraqın baş naziri Heydər əl Abadini “qapılar”ı  dialoq üçün bağlamamağa çağırıb.  

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu M.Bərzani telemüraciətində bildirib.

“Mən əl-Abadini və bütün məsul şəxsləri dialoq və qarşılıqlı anlaşma üçün “qapılar”ı  bağlamamağa çağırıram”.

Kürd muxtariyyətinin rəhbəri qonşu dövlətlərə müraciət edərək, bölgənin regionda sabitlik və təhlükəsizlik faktoru olduğunu qeyd edib.

“Bizim Bağdadla siyasi fikir ayrılığımız ərəb qardaşlarımızla münasibətlərimizə təsir etməyəcək”, – deyə Bərzani qeyd edib.

APA.