Bu gün Ağdamın “Qarabağ” klubu növbəti avrokubok matçına çıxıb.
APA-nın məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşıb. Oyun “Roma” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla belə, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub. Matçın 29-cu dəqiqəsində Pedro Enrike fərqlənib.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
C qrupu
27 sentyabr
“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) – 1:2
Qollar: Pedro, 28 – Manolas, 7, Dzeko, 15