XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

28 Sentyabr 2017 - 09:49

Tramp baş naziri təəccübləndirdi: “Cənab prezident…” –FOTO, VİDEO

ABŞ prezidenti Donald Tramp İspaniyanın baş naziri Mariano Rahoyla danışıqlardan sonra onu sosial şəbəkədə prezident kimi təqdim edib və adını yanlış yazıb.  

“Mənim üçün İspaniya prezidenti Marianor Coyu qəbul etmək şərəfdir”, – Tramp “Twitter”də yazıb.

Donald Tramp birgə mətbuat konfransında da İspaniyanın baş nazirinə “cənab prezident” deyə müraciət edib.

ABŞ lideri tərəfindən prezident kimi təqdim edilən Rahoyun özü də təəccüblənib.

Mariano Rahoyun vəzifəsinin rəsmi adı “hökumətin prezidenti”dir. Lakin bu, onun prezident olması anlamına gəlmir. Amerika KİV-i ehtimal edir ki, silsilə yanlışlıqlar Ağ Ev əməkdaşlarının günahı üzündən baş verib/APA.