XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2015 - 16:09

Ərdoğan İranı ittiham etdi – Bəşər Əsədə görə

erdogan-fransa-ziyareti-oncesi-havalimaninda1

Türkiyə prezidenti Ərdoğan Suriya prezidenti Bəşər Əsədi dəstəklədiyinə görə İranı sərt tənqid edib. Ərdoğan İranın bu yolla Suriyadakı münaqişənin ömrünü uzatdığını deyir.

“Əgər İran dar konfensiya maraqlarına görə Əsədi dəstəkləməsəydi, biz bu gün Suriya problemini müzakirə etməzdik”, – deyə Ərdoğan Türkiyə televiziyasına müsahibəsində bildirib.

Əhalisinin böyük hissəsi şiə olan İran şiəliyin bir qola olan ələviliyi təmsil edənlərin hakimiyyətdə olduğu Suriya rejiminə dəstək verir.

Türkiyə isə Əsəd hakimiyyətinə qarşı çıxan üsyançılara dəstək verir.

azadlıq.info