XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2017 - 16:04

Binəli Yıldırım İraqın baş naziri ilə görüşəcək:"Madam ki, Bərzani xəbərdarlığımıza əhəmiyyət vermir, o zaman..."

Türkiyə və İraqın Baş nazirləri Binəli Yıldırım və Heydər əl-Abadi yaxın vaxtlarda İraqın kürd muxtayyətində referendumla əlaqədar görüş keçirəcəklər.

Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

B.Bozdağ qeyd edib: "Madam ki, Məsud Bərzani bizim xəbərdarlığımıza əhəmiyyət vermir, o zaman İraq üzrə danışıqlar aparacağımız yeganə tərəf Bağdad rəhbərliyi olacaq. Baş nazirlərimiz yaxın vaxtlarda görüşəcəklər".

Qeyd edək ki, İraqın kürd muxtariyyəti sentyabrın 25-də bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirib/Trend.