XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2017 - 16:43

Sərkisyanın baş nazir olmaq arzusu… –Hökumət başçısı uğrunda mübarizə kəskinləşir

Ermənistan parlamentində müxalifət mövqeyindən çıxış edən “Tsarukyan” bloku gözlənilmədən baş nazir Karen Karapetyanı tənqid etməyə başlayıb.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, blokun üzvləri hökumət başçısı haqqında mənfi fikirlər söyləyir, onu tənqid edirlər.

“Bir həftə əvvəl Karen Karapetyanı tərifləyərək onun keçmiş baş nazirlərin hamısından yaxşı işlədiyini bildirən Napaleon Azizyan ötəngünkü çıxışında mövqeyini dəyişərək hökumət başçısı və Nazirlər Kabinetinin fəaliyyətindən narazı qaldığını söyləyib. Bu blokdan olan parlamentin sədr müavini Mikael Melkumyan isə Karen Karapetyanı keçmiş baş nazirlər Tiqran Sarkisyan və Ovik Abramyanla müqayisə edərək onlarla eyniləşdirib.

Ona görə də ehtimal etmək olar ki, təlimat yuxarıdan gəlib. Odur ki, yaxın zamanda “Tsarukyan” blokunun Karen Karapetyanın istefasını tələb edəcəyini də gözləmək olar. Tiqran Sarkisyan istefaya göndəriləndə də oxşar hadisə baş vermişdi”, – deyə qəzetin məqaləsində vurğulanıb.

Ermənistan parlamentinin keçmiş sədri Qalust Saakyan da bu məsələ ilə bağlı mövqeyini indidən bildirib: “Serj Sarqsyan ölkəyə rəhbərliyi davam etdirməlidir. O, çox yaxşı layihə təqdim edib. Bunu da özü həyata keçirməlidir".

Qeyd edək ki, 2018-ci ildən Ermənistan parlamentli dövlət idarəetmə sisteminə keçəcək. Prezidentin səlahiyyətləri azaldılacaq və o, parlementdə seçiləcək. İndiki prezident Serj Sarqsyanın səlahiyyət müddəti də gələn ilin aprelində bitir. Onun baş nazir kimi ölkəyə rəhbərlik etmək istədiyi haqqında da məlumat yayılıb. Odur ki, gələn il hökumətə başçılıq etmək uğrunda mübarizənin kəskinləşəcəyi istisna edilmir.

İndiki baş nazir Karen Karapetyan da 2018-ci ildə bu postda qalmaq niyyətini gizlətmir.

Birmənalı şəkildə demək olar ki, Ermənistanda hakimiyyət məsələsi Yerevanda həll olunmur. Kimin baş nazir olacağı göstərişini Kreml verəcək.

Moskva isə daha çox nüfuzu olan adamını bu vəzifəyə seçki adı ilə təyin etdirəcək. Rusiyanın baş naziri Dmitri Medvedevin oktyabrda Yerevana səfəri zamanı bu məsələnin də müzakirə olunacağını ehtimal etmək olar.

Beləliklə, Ermənistanda yeni konstitusiyaya uyğun olaraq hakimiyyət uğrunda mübarizə başlayıb.