XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2017 - 17:41

Prezident İlham Əliyevdən Bakıda keçiriləcək ticarət festivalı ilə bağlı sərəncam –Nazirliyə pul ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində ticarət festivalının (“shopping festival”) təşkili məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.