"Rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyi dəyişməyib".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun tərkibində mümkün dəyişiklik edilməsi məsələsinə münasibət bildirərkən deyib.
"Dəyişikliklər barədə məlumatım yoxdur. Mütəxəssislərlə dəqiqləşdirib daha ətraflı məlumat verəcəyəm", – M.Zaxarova qeyd edib/Report.