XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 19:12

BVF-dən şok proqnoz: “Səudiyyə 5 ilə müflis olacaq”

Beynəlxalq Valyuta Fondu (BVF) Səudiyyə Ərəbistanı ilə bağlı şok proqnoz səsləndirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, fond krallığın 5 il sonra müflis olacağını açıqlayıb.

«Indepedent»in yaydığı məlumatda bildirilir ki, büdcəsinin 90 faizi neft gəlirlərindən formalaşan Səudiyyə Ərəbistanının Ehtiyat Fondunda 654,5 milyard dollar var. Lakin neft qiymətləri düşdüyünə görə bu vəsait gündən-günə azalır.

BVF-nin məlumatına görə, Səudiyyə neftin ucuzlaşmasından 73 milyard dollar itirib. 

Böhrana görə krallığın ölkə xaricindəki fondlara yatırdığı vəsaitin 70 milyardını ölkəyə geri qaytardığı da bildirilir.