İraq əsgərləri Kürdüstan Muxtar vilayəti ilə münaqişəli sayılan ərazilərə hərəkət etmək üçün baş komandandan və baş nazir Heydər Abadidən əmr gözləyir.
Strateq.az "Sputnik"ə istinadən xəbər verir ki, iraqlı hərbçilərin bununla bağlı hazırlıqları artıq tamamlanıb.
Qeyd edək ki, dünən İraq parlamenti baş nazir Abadiyə Kürdüstan ərazisinə hərbçi göndərmək icazəsi vermişdi.