XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 03:29

Keçmiş KGB əməkdaşından sensasion iddia: 224 nəfərin öldüyü təyyarə qəzasını Rusiya təşkil edib
teyyare-223.jpg
 
Misirin Şarm əl Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçarkən 224 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası barədə sensasion iddia yayılıb. 
 
ANS PRESS-in məlumatına görə, sərnişin təyyarəsinin Kremlin əli ilə vurulduğu iddia olunur. İddianı İngiltərədə yaşayan keçmiş KQB əməkdaşı Boris Karpiçkov irəli sürüb. 
 
Karpiçkov bildirib ki, Putinin bu faciəyə izn verməsinin səbəbi həm Ukraynaya qarşı aqressiv mövqedən sonra beynəlxalq ictimaiyyət qarşısında Rusiyaya “yazıq obrazı” qazandırmaq, həm də İŞİD-lə mübarizə adı altında Suriyadakı əməliyyatlarına dəstək əldə etmək olub. Eks-casus həmçinin Putinin Suriyada Əsəd müxaliflərini vurmaq üçün bundan məharətlə istifadə etdiyini deyib. 
 
Karpiçkovun iddialarına görə, bu planı Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) hazırlayıb və bir daşla iki quş vurulmaq istənib; beləcə, İŞİD ittiham olunaraq Rusiyanın bölgədəki hərbi əməliyyatları dəstəklənəcək və Rusiya Yaxın Şərqdə maneəsiz silah ticarəti ilə məşğul olacaqdı. 
 
Oktyabrın 31-də Misirin Şarm əl Şeyx turistik şəhərindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə uçan “Metrojet” aviaşirkətinə aid sərnişin təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra Sinay çölündə naməlum səbəbdən qəzaya uğrayıb. Faciə zamanı təyyarədə əksəriyyəti Rusiya vətəndaşı olan 224 nəfərin hamısı ölmüşdü. Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürsə də, Rusiya prezidenti Vladimir Putin əvvəl hadisənin terror faktı olmasını istisna etmişdi.