Hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevi 7 sutkalıq “kars”la cəzalandırıblar.
Strateq.az xəbər verir ki, bu haqda məlumatı onun vəkili Fəxrəddin Mehdiyevə istinadən Ovqat.com saytı yayıb.
Saytın yazdığına görə, sentyabrın 27-də Fəxrəddin Mehdiyev, 28-də isə Cahangir Hacıyevin digər vəkili Aqil Layıcov 13 saylı cəzaçəkmə müəssisəsinə müvəkkilləri ilə görüşə getsələr də, müəssisənin rəhbərliyi onların görüşünə icazə verməyib. Daha sonra isə vəkillər belə məlumat alıblar ki, sabiq bankiri "kars"a salıblar.
Ovqat.com təxmin edir ki, Cahangir Hacıyevin "kars"a düşməsinə səbəb onun həbsaxanadan mediaya yolladığı və saytlarda yayılmış son müsahibəsi səbəb olub.
Sayt həmçinin Cahagir Hacıyevin karsda aclıq aksiyasına başladığını da yazıb.