XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 12:55

Banklarda sabah niyə iş günü elan edildi? –Deputat səbəbi açıqladı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklarına məktub daxil olub.

AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir ki, 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir.

Bu xəbər əhali arasında müəyyən təşvişə səbəb olub. Sosial şəbəkələrdə qeyd olunur ki, bu, növbəti devalvasiya ilə bağlı ola bilər.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Unikal.org-a deyib ki, yayılan xəbərlə bağlı Mərkəzi Bankın rəhbərliyi ilə əlaqə saxlayıb:

"Hər hansı bir təşvişə ehtiyac yoxdur. Mən Mərkəzi Bankla danışdım. Bildirdilər ki, 9 ayın yekunları ilə bağlı banklardan bəzi gözləntilərin həyata keçirilməsi üçün 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilib.

Mən bilirdim ki, problem yoxdur. Heç bir devalvasiya da gözlənilmir. Çünki manatın möhkəmlənməsi prossesi çox sürətlə aparılır və buna görə hər hansı bir narahatçılıq görmürəm”.