XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2015 - 04:56

Çin xaricdə antiterror əməliyyatları apara biləcək

Chin.jpg

çin Xalq Nümayəndələri Şurasının Daimi Komitəsi ölkə tarixində ilk dəfə olaraq terrorçuluğa qarşı mübarizə haqqında qanun qəbul edib. Bu qanun çin orudusuna ölkə sərhədlərindən kənarda antiterror əməliyyatları aparılmasına icazə verir.

Bunan əlavə,  qanun telefon, internet rabitəsi provayderləri üçün məlumatların şifrələnməsi kodları və istifadəçilərin parollarının dövlət qurumlarına verilməsi öhdəliyini müəyyənləşdirir.

İndiyə qədər çində terrorla mübarizə ilə bağlı ayrıca qanun qəbul olunmamışdı. Qanun layihəsinin ilk oxunuşu 2014-cü ilin oktyabr ayında, ikinci oxunuşu isə bu il fevralda baş tutmuşdu.

Qanun layihəsi parlamentdə müzakirə olunan zaman ABŞ prezidenti Barak Obama öz tənqidi fikirlərini bildirmişdi. ABŞ prezidenti qeyd etmişdi ki, Pekin bu qanundan istifadə edərək xarici şirkətlərə təzyiq göstərə, onlara öz müştərilərinin izlənilməsi üçün mexanizmlər təklif edə bilər.

Strateq.az