XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2015 - 06:24

Nardaranda polis bölməsi açıldı

Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati bina istifadəyə verilib.

APA-nın məlumatına görə, Sabunçu Rayon İcra Hakimiyyəti rəhbərliyinin və digər rəsmi şəxslərin iştirakı ilə 42-ci Polis Bölməsinin açılışı olub.

Bildirilib ki, polis bölməsinin şəxsi heyəti formalaşıb və bölmənin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə edilib.