XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2017 - 12:42

AZAL və Texniki Universitetdə rəsmi yoxlama aparıldı –Materiallar paramentə göndərildi

Hesablama Palatası dünən növbəti kollegiya iclasını keçirib.

Strateq.az Palataya istinadən xəbər verir ki, icasda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN 9900000831) maliyyə – təsərrüfat fəaliyyəti və Azərbaycan Texniki Universiteti üzrə daxilomaların və xərclərin proqnozlaşdırılması və icrasına dair məsələlər müzakirəyə çıxarılıb.

İclasa dəvət olunan Azərbaycan Texniki Universitetinin rektor əvəzi  Xaliq Yahudov  və  baş mühasibin müavini  Elmir Şükürov kollegiya üzvlərinin suallarını  cavablandırıblar. 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı da dinlənilib, müvafiq qərarlar qəbul edilib.