XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2017 - 17:24

Türkiyə ordusu hərəkətə keçdi –Ordu İdlibə girdi

Türkiyə Suriyanın İdlib əyalətinə ordu göndərməyə başlayıb.

Bunu "İnterfaks"a bölgədə olan və adının açıqlanmasını istəməyən mənbə bildirib.

Mənbənin sözlərinə görə, Astanada təsdiqlənən razılaşma ilə de-eskalasiya zonalarından bir olan Suriyanın İdlib əyalətində hələlik yalnız Türkiyənin hərbi qüvvələri yerləşdirilir. 

Astana sənədində Rusiyanın da həmin əyalətdə hərbi qüvvələr yerləşdirməsinin nəzardə tutulduğu, lakin İdlibdə hələlik rus hərbçilərinin olmadığı bildirilib/Trend.