XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2017 - 18:17

Kürdüstana qarşı daha bir mühüm addım –İraqla İran birgə hərbi təlimlərə başlayır

İran və İraq birgə hərbi təlim keçirəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin mətbuat xidmətinin baş sözçüsü general Məsud Cəzayiri deyib.
 
M.Cəzayiri vurğulayıb ki, İraq dövlətinin rəsmi istəyi əsasında bu gün iki ölkənin Silahlı Qüvvələrinin komandirlərinin Tehranda görüşü baş tutub. Görüşdə İran Silahlı Qüvvələri baş qərargah rəisi Məhəmməd Baqiri də iştirak edib.
 
Onun sözlərinə görə, görüşdə İraqın ərazi bütövlüyünün qorunmasının vacibliyi və ölkənin şimalında referendumun keçirilməsinin qanunsuz olduğu vurğulanıb.
 
M.Cəzayiri əlavə edib ki, təlimlər Qəsri Şirin-Pərvizxan-Mərivan-Tamarchin sərhədlərini əhatə edəcək. Təlimlərin yaxın günlərdə keçiriləcəyi qeyd olunub.