XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2017 - 10:00

Bu gün Azərbaycanda Aşuradır- Bu məscidlərdə qanvermə aksiyaları keçiriləcək

Oktyabrın 1-i Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşuradır. Aşura günü ilə əlaqədar olaraq ölkədəki məscidlərdə imam Hüseyn əzadarlığı keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasında deyilir ki, bu il Aşura günü oktyabrın 1-nə təsadüf edir. Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin təəssüflər olsun ki, bu ayın onuncu, yəni, Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda, insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənə olaraq yaşadılır.

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günündə ölkənin bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası da təşkil olunacaq. İrsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyan aksiya adları aşağıda göstərilən məscid və ziyarətgahlarda təşkil ediləcək(azərtac):

Yasamal rayonu, Təzəpir və Hacı Soltanəli məscidləri;

Səbail rayonu, Bibiheybət ziyarətgah məscidi və İçərişəhər Cümə məscidi;

Suraxanı rayonu, Qaraçuxur məscidi;

Xəzər rayonu, Mir Mövsüm ağa ziyarətgah məscidi;

Nizami rayonu, Keşlə qəsəbə məscidi;

Nəsimi rayonu, Əjdərbəy məscidi;

Sabunçu rayonu, Rəhimə xanım ziyarətgah məscidi;

Sumqayıt şəhəri, Cümə məscidi;

Gəncə şəhəri, İmamzadə ziyarətgah məscidi;

Mingəçevir şəhəri, Heydər məscidi;

Şəki şəhəri, mərkəzi Cümə məscidi;

Lənkəran şəhəri, Böyükbazar Cümə məscidi;

Bərdə şəhəri, Cümə məscidi;

Göyçay rayonu, Əbülfəzlil Abbas məscidi;

Quba rayonu, Ərdəbil məscidi.