XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2017 - 18:56

İspaniya hökuməti Kataloniya rəhbərliyinə səsləndi:"Bu məsuliyyətsizliyə son qoyun"

İspaniya baş nazirinin müavini Sorayya Saenz de Santamariya oktyabrın birində Kataloniyada baş verənlərlə bağlı açıqlama verib.

Brifinqdə çıxış edən hökumət rəsmisi deyib: “Bu gün Kataloniyada baş verənlər referendum deyil, heç buna oxşar bir şey də deyil! Biz Kataloniya vilayətinin rəhbərliyini məsuliyyətsizliyə son qoymağa çağırırıq. Bu yaxşı heç nə vəd etmir”.

İspaniyanın Baş naziri Mariano Raxoy isə bu gün ölkənin əsas müxalifət liderləri PSOE-nin baş katibi Pedro Sançes və Ciudadanos partiyasının sədri Albert Rivyera ilə görüşərək Kataloniya problemini müzakirə edib. Hökumət Kataloniyanın ölkədən ayrılmasının qarşısını almaq üçün atılacaq hüquqi addımlarda bütün siyasi qüvvələrin birliyinə nail olmağa çalışır.

İspaniya hökumətinin qanunsuz elan etdiyi referendumun gedişində polislə qaşıdırmalarda 337 nəfərin yaralandığı bildirilir. Asayiş keşişçiləri arasında da xəsarət alanlar var(azərtac).