XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 12:32

Putin Türkiyəyə qarşı sanksiyaları genişləndirdi

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə yeni iqtisadi sanksiyaların tətbiqi ilə bağlı fərman imzalayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, yeni fərman təkcə Türkiyənin yuridiksiyasında olan türk firmalarına deyil, Rusiyadakı bütün türk vətəndaşlarının rəhbərlik etdiyi müəssisələrə şamil olunacaq.

Beləliklə, Rusiyada ayrı-ayrı sahələrdə işləyən və müxtəlif xidmətlər göstərən bütün Türkiyə vətəndaşları məhdudiyyətlərlə üzələşəcək.

Xatırladaq ki, Rusiya Türkiyə ilə bağlı ilk sanksiya qərarını noyabrın 28-də qəbul etmişdi.