XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 09:44

Deputat Fəzail Ağamalının oğlu maşınla adam vurub? –Yayılan xəbərə oğlundan reaksiya

Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Strateq.az "Report"a istinadən xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.

Y.Ağamalı deputat Fəzail Ağamalının böyük oğludur.

****

Fəzail Ağamalının kiçik oğlu Elçin Ağamalı məsələylə bağlı açıqlama verib.

O, "Qafqazinfo" ilə əlaqə saxlayaraq qardaşının 15 gündür Türkiyədə olduğunu bildirib: 

"Qardaşım oğlunun Türkiyədə təhsili ilə əlaqədar 15 gündən çoxdur oradadır. Yayılmış məlumat kökündən yalandır. Aidiyyəti qurumlara şikayət edəcəyik".