XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 14:12

Rəsmi Ankaradan Tehrana ciddi dəstək:"Bəzi ölkələr İranı aradan götürmək istəyir"

“İrana qarşı sanksiya tətbiq etmək doğru siyasət deyil”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentlyinə müsahibəsində bildirib.

“Biz İranı haqsız olanda tənqdi edir, haqlı olanda isə dəstəkləyirik. Sanksiya tətbiq etmək siyasəti düzgün deyil. Sevməyən ölkələr İranı aradan götürmək istəyir. Bu dəhşətli səhv olardı. Məgər İran bizə düşməndir?! Zərrəcə yox”, – nazir vurğulayıb.

Qeyd edək ki, 2015-ci il iyulun 14-də beynəlxalq vasitəçilər İranın atom proqramı ilə bağlı razılıq əldə edib və sənəd imzalanıb. Sənədə əsasən, İran nüvə sahəsində fəaliyyətini dayandırır, qarşı tərəf isə ona qarşı tətbiq etdiyi sanksiyaları ləğv edir. Həmin saziş 2016-cı il yanvarın 16-da qüvvəyə minib/Report.