XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 15:04

“Azərbaycan və Avropa İttifaqı danışıqları yekunlaşdırmağı planlaşdırır” – Elmar Məmmədyarov

"Azərbaycan və Avropa İttifaqı (Aİ) "açıq səma" üzrə danışıqları yekunlaşdırmağı planlaşdırır".

Bunu bu gün mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Çox güman ki, oktyabrda bu məsələ ilə bağlı son görüş olacaq", – XİN rəhbəri bildirib.

Qeyd edək ki, Azərbaycan və Aİ arasında vahid hava məkanı üzrə danışıqlar 2013-cü ildən aparılır. 

Azərbaycan XİN başçısı həmçinin Bakı və Brüsselin Azərbaycanla Aİ arasındakı əməkdaşlıq haqqında yeni saziş layihəsinin ikinci fəslini müzakirə etdiyini açıqlayıb.

"Fəsli başa çatdırmaq üçün bizə daha bir mərhələ lazımdır. Bəzi çətinliklər var, amma mənə elə gəlir ki, danışıqlar uğurla keçəcək", – nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır və bunun müsbət istiqamətdə irəlilədiyini düşünür/Report.