Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri tərəfindən müəyyən olunub.
Strateq.az FHN-ə istinadən xəbər verir ki, turistlərin sağlamlığı üçün təhlükə yoxdur: "Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina etmişlər. Hazırda Mülki müdafiə qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər".
Əlavə məlumat veriləcək.