XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Oktyabr 2017 - 17:51

İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat etdi –Almaniyada

 

İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, sabiq prezident müalicə olunduğu Almaniyanın paytaxtı Berlində dünyasını dəyişib. 

Xatırladaq ki, sabiq prezidentin 2012-ci ildə beyninə qan sızmışdı. O səbəbdən uzun müddət Almaniyada koma vəziyyətində müalicə olunub. 2014-cü ildə isə sağlamlığı qismən düzələn Təlabani Süleymaniyə şəhərinə dönüb. Lakin o, yenidən müayinə olunmaq üçün getdiyi Berlində bu gün vəfat edib.