XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 19:09

Eyni soyadda 11 nəfər, Ştefan və Katya bolluğu, 24 yaşlı deputat…- Yeni alman parlamentinin rekordları

Son seçkinin sürpriz nəticələrindən sonra Almaniya parlamentində ilk dəfə bu qədər çox deputat təmsil olunacaq.

Yeni parlamentə 6 partiya girə bildi və bundan sonrakı iclaslarda 709 deputat iştirak edəcək. Bu, ötən tərkiblə müqayisədə 78 nəfər daha çoxdur. 

Artıq zarafatla da olsa deputat kürsülərinin hamıya bəs edib-etməyəcəyi müzakirə olunur. Məsələn, 80-ci illərdə yer qıtlığına görə deputatların bir qismi açıq havada oturmalı olmuşdu. 

Depuatatların sayca çox olması avtomatik olaraq xərclərin də çoxalması deməkdir. Almaniyada deputatların aylıq məvacibi 9,5 min avrodur. Bundan başqa hər deputata hər ay 4,5 min avro kompensasiya verilir. Bu vəsait ev, nəqliyyat, yaşam xərcləri üçün nəzərdə tutulub. 

Bundestaqın hər bir üzvünə il ərzində 12 min avro da ayrılır ki, bu da ofis avadanlıqlarının alınması üçündür. 

Daha bir rekord göstərici odur ki, budəfəki depuatların 8 faizinin ya özü, ya da valideynlərindən biri doğularkən Almaniya vətəndaşı olmayıb. 

Bundestaqda ən çox yayılmış soyad Müllerdir. Parlamentdə bu soyadda düz 11 deputat olacaq. Sayca ən çox olan kişi adı Ştefan, qadın adı isə Katyadır. 

Bu dəfə də qadınların sayı kişilərdən az (30 faizdən bir az çox) olacaq və bu, ilk belə hal deyil. 1949-cu ildən bu yana Almaniya parlamentində kişi depuatatlar çoxluqdadır. 

Alman deputatların peşələrinə nəzər salınsa, aralarında ən çox vəkillərin (11 faiz) olduğu üzə çıxar. Parlamentin hər bir üzvündən birinin elmi dərəcəsi var. 
Ən gənc deputat isə 24 yaşındadır. O, hələ tələbədir və hüquq üzrə təhsil alır.

Qeyd edək ki, Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib qalıb gəlib.
 
Hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat  (20,5%), üçüncüdə isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%.
 
Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%),  Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar. 

Strateq.az