Iraq parlamenti bu gün Kürd Muxtariyyətinin lideri Bərzaniyə dialoq çağırışı edib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, parlament bu çağırışının müstəqilliklə əlaqəli olmadığını bəyan edib: "Gəlin, müstəqilliyi deyil, problemləri müzakirə edək".
Iraq Parlamenti bu gün bu çağırışla bərabər, Kürd Muxtariyyəti ilə maliyyə məsələlərini, o cümlədən kürd deputatarın mandatlarını da müzakirəyə çıxarıb: "Müzakirələrdən sonra səsvermə keçirilib. Səsverməyə əsasən, muxtariyyətlə maliyyə əməliyyatları dayandırılıb. Muxtariyyətdən seçilmiş kürd deputatların mandatına isə xitam verilib".
Strateq.az