XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 07:51

Oqtay Şirəliyevin oğlu “Beynəlxalq Bank-Moskva”nın rəhbəri oldu

“Azərbaycan Beynəlxalq Bankı-Moskva” ASC-nin Müşahidə Şurasının tərkibi açıqlanıb.

“APA-Economics”in xəbərinə görə, şuranın sədri Murad Oqtay oğlu Şirəliyevdir. Qeyd edək ki, M.Şirəliyev ABB-nin İdarə Heyətinin sədr müavinidir.

Müşahidə Şurasının digər iki üzvü isə İslamov Fuad Rafik oğlu və Dadaşov Məzahir Haqverdi oğludur. F.İslamov ABB-nin baş direktoru, M.Dadaşov isə ABB-nin Risklərin idarə edilməsi departamentinin direktorudur.

Xatırladaq ki, bundan öncə Müşahidə Şurasının sədri Hüseynov Qubad Əbdül Hüseyn oğlu olub. Q.Hüseynovun rəhbərliyi dönəmində Şuranın üzvləri Həbibullayev Elmir Şirin oğlu və Hüseynov İlqar Orucəli oğlu olub.

Əlavə edək ki, E.Həbibullayev hazırda ABB-nin baş direktorudur.